İranın Kerman şəhərində törədilmiş terror aktı ilə əlaqədar 35 nəfər saxlanılıb.
“Reuters“ xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlik iki kamikadzedən birinin şəxsiyyətini müəyyən edib. Terrorçunun Tacikistan vətəndaşı olduğu və İrana dekabrın 19-da qanunsuz yollarla daxil olduğu bildirilib. İkinci kamikadze ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı qeyd edilib. Həbslərin İranın bir neçə vilayətində baş tutduğu qeyd olunub.
Xatırladaq ki, yanvarın 3-də Qasım Süleymaninin memorialında törədilmiş terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürüb. Terror hücumu nəticəsində 100-dən çox adam həlak olub, 284 nəfər yaralanıb. Bunun 1979-cu il İslam inqilabından sonra İrandakı ən ölümcül terror hadisəsi olduğu bildirilir.
Kermanda törədilmiş terror aktı ilə əlaqədar 35 nəfər saxlanılıb
11
yanvar
16:06

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər