Qəzzadakı mülki insanları oranı çıxmağa məcbur etməklə bağlı fikirlər təhlükəlidir.
Bunu Avropa İttifaqı Şurasının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında bildirib.
"İsrail hökumətinin bəzi nümayəndələrinin Qəzzadakı mülki insanların həyatını yaşanılmaz hala gətirmək və nəticədə onları tərk etməyə məcbur etməklə bağlı bəyanatları narahatedici, əks-təsir yaradan və təhlükəlidir. Qəzzada dinc sakinlər qorunmalıdır. Məcburi yerdəyişmənin təlqini tamamilə qəbuledilməzdir", -Borrell vurğulayıb.
Qeyd edək ki, müharibə başlayandan bəri İsraildən Qəzzadakı fələstinlilərin bu torpaqlardan zorla köçürülməsi ilə bağlı siqnallar gəlib. İsrailin maliyyə naziri, ifrat sağçı Milli Dini Partiyasının rəhbəri Bezalel Smotriç ərazidə yəhudi məskənlərinin yenidən qurulmasını müdafiə edərkən, "Qəzza ərəblərinin dünya ölkələrinə könüllü mühacirəti" ideyasını alqışladığını söyləyib. İsrail Müdafiə Qüvvələrinin keçmiş yüksək səviyyəli rəsmisi general Əmir Avivi müsahibəsində bildirib ki, Qəzzadakı fələstinlilər anklavı tərk etməli və "cənub, Sinay yarımadasına köçməlidirlər".
Borrell: Mülki insanları Qəzzadan çıxmağa məcbur etməklə bağlı fikirlər təhlükəlidir
11
yanvar
16:34

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər