Ermənistanda bu və ya digər sahənin xadimlərinə verilən fəxri adlar ləğv edilməlidir.
Bu barədə Ermənistan Respublikası ədliyyə nazirinin müavini Armenuhi Arutyunyan bildirib.
O, parlamentdə "Dövlət mükafatları və fəxri adlar haqqında" qanuna əlavələr paketinin müzakirəsi zamanı bildirib ki, bu gün ölkədə 17 fəxri ad var: "Məsələn, Xalq artisti, əməkdar artist, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi. Onların hamısı silinəcək, yalnız "Şərəfli komanda" titulu qalacaq. Bütün həmkarlarımız fərdi əsasda titulların ləğvi arqumentlərini dəstəkləyiblər".
Nazir müavini qeyd edib ki, bu titulların peşəkar yüksəlişlə heç bir əlaqəsi yoxdur: "Bir çox ölkələrdə belə adlar yoxdur və peşəkarların və mədəniyyət xadimlərinin irəli çəkilməsi konkret fəaliyyət nəticələrinə əsaslanır".
Onun sözlərinə görə, hakimiyyət müxtəlif sahələrdə həvəsləndirmənin daha müasir üsullarını hazırlamaq niyyətindədir.
Ermənistanda fəxri adlar LƏĞV EDİLİR
11
yanvar
17:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat