Ukrayna xarici işlər naziri Dmitri Kuleba Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşəcək.
Macarıstan mətbuatı xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto monteneqrolu həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, yanvarın 29-da Ungvarda Macarıstan-Ukrayna xarici işlər nazirlərinin görüşü baş tuta bilər və bu görüşdə nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. "Mən görüşə hazıram, 29 yanvar indi, prinsipcə, hər ikimizin Ungvarda görüşməyimiz üçün nəzərdə tutulub", o deyib.
Peter Siyarto qeyd edib ki, o, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakla da görüşmək istəyir, lakin qarşı tərəfdən hələlik tarix təklifi gəlməyib: "Mən görüş tarixi ilə bağlı təklifin gəlməsini gözləyirəm, sonra lazım olsa onunla görüşəcəm. Nazir Kuleba ilə kifayətdirsə, bu, əlbəttə ki, ukraynalıların daxili qərarıdır, biz buna qarışmayacağıq", Maxarıstan XİN rəhbəri əlavə edib.
Qeyd edək ki, Macarıstan və Ukrayna arasında münasibətlərdə gərginlik var. Macarıstan Aİ-nin Ukraynaya Rusiya ilə müharibədə dəstəyini tənqdi edir və bu ölkə blokun Kiyevə 50 milyard avroluq uzun müddətli maliyyə yardımını bloklayıb.
Macarıstan və Ukrayna XİN rəhbərləri yanvarın sonu görüşə bilər
11
yanvar
17:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat