İrlandiyalı aktyor Barri Keoqan çox nadir xəstəlikdən əziyyət çəkir.
Xarici KİV xəbər verir ki, son zamanlar rol aldığı "Saltburn" filmi ilə gündəmə gələn aktyor ət yeyən bakteriya (Nekrotizan fasiit) xəstəliyinə tutulub.
İlk dəfə bu barədə "GQ" jurnalına müsahibə verən 31 yaşlı Barri artıq 3 ildir ki bu xəstəlikdən əziyyət çəkir.
Aktyor ət yeyən bakteriya xəstəliyi səbəbilə qolunu itirmə təhlükəsi ilə üzləşib. Hətta Keoqan dünyasını da dəyişə bilər.
Qeyd edək ki, Barri "Banshees of Inisherin","The Batman ve Eternals" kimi layihələrlə məşhurluq qazanıb. 

скачать dle 12.1