Yaxın Şərqdəki münaqişə səbəbindən münasibətləri kəskin şəkildə pisləşən İsrail və Səudiyyə Ərəbistanı müstəqil Fələstin dövlətinin yaradılması planlarının hazırlanması və həyata keçirilməsi ilə paralel olaraq yaxın illərdə ikitərəfli əlaqələri normallaşdıra biləcək. Eyni zamanda, İsrail 2034-cü ilə qədər Fələstinlə diplomatik əlaqələr qura bilər.
TASS xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə, oxşar proqnozu Atlantik Şurada müsahibə verən ekspertlər veriblər.
Qeyd edilib ki, sülhə olan ümidlər uzaq perspektiv kimi görünür və nəticədə bu, İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həlli çağırışlarını canlandıra bilər: "300 respondentin 20 faizi hesab edir ki, İsraillə dinc yanaşı yaşayacaq Fələstin dövlətinin yaradılması cəhdlər dəfələrlə uğursuzluğa düçar olandan sonra növbəti on il ərzində reallığa çevriləcək".
Ekspertlərin 60 faizi düşünür ki, yaxın onillikdə Qəzza zolağında münaqişə nəticəsində regionda yaranmış vəziyyətə baxmayaraq, hərtərəfli sülh sazişi formasında irəliləyiş mümkündür. Eyni zamanda, Vaşinqton analitik mərkəzinin apardığı araşdırmada hər beş iştirakçıdan biri İsrailin 2034-cü ilə qədər suveren Fələstin dövləti ilə diplomatik əlaqələr quracağına dair fikir bildirib.
2034-cü ilə qədər İsrail Fələstinlə diplomatik əlaqələr qura bilər
12
yanvar
17:53

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu