Ermənistanın Sünik vilayətinin qubernatoru Unan Poqosyan vəzifəsindən istefa verib.
Bu barədə erməni mediasına qubernatorun məsləhətçisi Armne Avaqyan bildirib. Unan Poqosyan bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Onun istefasının səbəbi bilinmir. Bəzi iddialara görə, Unan Poqosyanın vəzifədən getməsi Paşinyana etiraz aktıdır.
Bir müddət əvvəl Davit Bek icmasının rəhbəri Beniamin Poqosyan demişdi ki, Sünik vilayətindən 300 hektar ərazi Azərbaycana verilib.
“Təxminən 300 hektar ərazini də becərə bilmərik, sərhəd xəttindədir, onlar artıq bu ərazidən istifadə edə bilərlər, biz istifadə edə bilmərik. Bizim tərəfdədir, lakin bu əraziyə heç bir mexanizm daxil edə bilmərik ki, şumlayaq və ya əkək, Azərbaycanın nəzarəti altındadır”, - deyə o bildirmişdi.
İcma rəhbəri qeyd etmişdi ki, əvvəllər həm də kəndin heyvanları kənddən 100 metr o tərəfdə yerləşən, rəqibin ərazisi olmuş hissədə otlayırdılar, amma indi bu da mümkün deyil.
Unan Poqosyanın istefasında bu amilin də rol oynadığı barədə ehtimallar var.
Ermənistanda qubernator da istefa verdi
01
dekabr
11:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat