Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni, keçmiş səfir Miakel Minasyan Baş nazir Nikol Paşinyan barədə ifşaedici faktları ictimailəşdirməkdə davam edir. 
Bakısəsi erməni KİV-inə istinadən xəbər verir ki, Minasyan Nikol Paşinyanın Qarabağla bağlı bütün yalanlarının üstünü açacağını deyib və yeni faktlar təqdim edib.
Minasyanın sözlərinə görə, Paşinyan oktyabr ayında Qarabağla bağlı ona təklif olunan həll varinatını rədd edib. Həmin varinatda əsirlər və ölənlər barəsində xüsusi bənd olub. Həmin bənddə göstərilirdi ki, atəşkəsdən dərhal sonra əsirlərin və cəsədlərin qaytarılmasına başlanılsın. Amma bu bənd Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış üçtəfərli sazişdən çıxarılıb.
O əlavə edib ki, ilkin sənəddə 7 yox, 5 rayonun qaytarılması təklif edilib. Naxçıvana yeni yol çəkilməsi barədə isə heç bir qeyd olmayıb.
Minasyan sənədin ilkin varinatını təqdim edib. Həmin sənəddə erməni silahlı qüvvələrinin Ağdam və Şuşadan çıxması göstərilsə də, Laçın və Kəlbəcər haqqında heç nə deyilmir. Keçmiş səfirin paylaşdığı sənədin saxta olub-olmadığı bəlli deyil.
“Nikol yalan danışır və həmişə yalan danışıb” deyən Minasyan bildirib ki, Ermənistan və “DQR”in hərbi-siyasi rəhbərliyi ölənlər, əsirlər və itkin düşənlər barədə dəqiq məlumata malikdirlər. Real vəziyyət barədə onları Milli Təhlükəszilik Xidməti məlumatlandırıb. Lakin onlar verilən məlumatları ictimailəşdirmək qorxurlar.
Minasyanın sözlərinə görə, Nikol Paşinyanın Qarabağla bağlı açıqlamaları spekulyasiyadan başqa bir şey deyil. “Vyana və Sank-Peterburqdakı razılaşmalar, geopolotik şərtlər də daxil olmaqla bir çox əhəmiyyətli məqamlar məqsədli şəkildə gözardı edilib”, - deyə o vurğulayıb.скачать dle 12.1