Ermənistanın 17 siyasi partiyası baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Onlar bu posta namizəd olaraq 74 yaşlı Vazgen Manukyanı irəli sürüblər.
Ermənistanın keçmiş müdafiə naziri və İctimai Şurasının sədri olan Manukyan ölkə siyasətinin ən yaşlı simalarından biri sayılır.
Vazgen Manukyan Qarabağdakı separatçı hərəkatın başında duran şəxslərdən sayılır. O, “Qarabağ” komitəsinin üzvü olub.
1990-cı ilin avqustundan 1991-ci ilin noyabrına qədər Vazgen Manukyan Ermənistan hökumətinə başçılıq edib. 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri səlahiyyətlərini icra edib.
Məhz onun nazir olduğu dövrdə işğalçı Ermənistan ordusu Azərbaycan ərazilərinə genişmiqyaslı təcavüz həyata keçirib.
1990-cı illərinə əvvəllərində “Milli Demokratik Qüvvələr” adlı partiya yaradıb. 1995-2007-ci illərdə dəfələrlə ölkə parlamentinə üzv seçilib. 1996-cı ildə prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın əsas rəqibi olub. Seçkilərdə qalib gəldiyini elan edən Manukyan Yerevanda aksuyalar keçirmişdi. Həmin aksiyalar polis və ordu qüvvələrinin köməyi ilə yatırılmışdı. 2009-cu ilin martında prezident Serj Sarkisyanın yaratdığı İctimai Şuranın sədri olub. 2019-cu ilin dekabrında Şuranı tərk edərək “Vernatun” adlı ictimai-siyasi klub yaradıb.
Vazgen Manukyan baş nazir Nikol Paşinyanı sərt dillə tənqid edən siyasətçilərdən biri olub. O Qarabağ döyüşləri davam edən sırada baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı.
Paşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimdir? – DOSYE
03
dekabr
12:47

Qarabağ
KOMMENTLƏR
Vazgen Paşinyanı əvəz edəcək
Ermənistanda Kremli razı salacaq hökumət qurulur - Rusiya elitası ilə fəal müzakirələr aparılır
Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “bayraktar”ından təhlükəlidir”
“Paşinyan hökuməti istefaya getməlidir!“ - Ermənistanın ilk Baş naziri
Heydər Əliyevin vəfatından 15 il keçir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat