Bu gün Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə İtaliya Parlamentinin və Senatının birgə nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin və Azərbaycan-İtaliya Parlamentlərarası dostluq grupunun rəhbəri Azər Kərimli deyib.
Deputatın sözlərinə görə, italiyalı deputat və senatorlar həmçinin işğaldan azad edilmiş ərazilərə baş çəkəcək:
“Nümayəndə heyətinə İtaliya parlamentinin Vitse-spikeri Ettore Rozato başçılıq edir. Bu gün Gəncə şəhərinə səfər edərək ermənilər tərəfindən ballistik raketlərlə bombardman olunmuş əraziləri italiyalı qonaqlara göstərəcəyik. Dekabrın 6-da isə italiyalı qonaqlar Ağdamın işğaldan azad olunmuş hissəsinə səfər edəcəklər. Dekabrın 7-si rəsmi görüşlər olacaq”.
Azər Kərimli Avronest PA-nın 44 günlük Vətən Müharibəsi ilə bağlı mövqeyi haqda sualı cavablandıraraq Büro iclasından da söz açıb:
“Avronest PA-nin noyabrın 17-də Büro iclası keçirildi. Bu iclasda Ermənistan istisna olmaqla, bütün həmsədrlər və üzv ölkələri iştirak edirdi. Gündəliyə əsasən iclasda Dağlıq Qarabağda cərəyan edən hadisələr müzakirə olundu. Müzakirələr zamanı Azərbaycanın ədalətli mövqeyi bir daha iştirakçıların diqqətinə çatdırıldı. Azərbaycanın döyüş meydanındakı uğurlarına baxmayaraq, təkrar masa arxasında oturması və danışıqlar prosesinə dönməsi Avronest PA-nın Büro üzvləri tərəfindən çox yüksək qiymətləndirildi”.
İtaliyalı deputatlar Azərbaycana gəliblər - onlar Gəncə və Ağdama səfər edəcəklər
05
dekabr
10:05

Qarabağ
KOMMENTLƏR
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin - VİDEO
Baş Prokurorluq və DİN-dən işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib - FOTO
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat