Rusiya Qarabağdakı humanitar missiyada iştirak edən qrupların sayını artırır.
Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) bölgəyə pirotexnik, kinoloq və psixoloqlardan ibarət qrup göndərib.
“6 dekabrda Rusiya Fövqəladə Hallar Nazirliyinin bir İl-76 təyyarəsi əlavə xilasetmə qrupu ilə Moskvadan havaya qalxdı.
Səfərə çıxan qrup “Lider” mərkəzinin köpək təlimçiləri, pirotexniklər və minaaxtaranlar, siqnalçılar, Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri və psixoloqlardan ibarətdir”, - deyə agentliyin məlumatında bildirilib.
Təyyarədə, həmçinin rusiyalı mütəxəssislərinin fəaliyyəti üçün lazımi avadanlıq və üç sərnişin avtobusu da var.скачать dle 12.1