Ukraynada koronavirus səbəbi ilə ölüm faktlarında rekord artım qeydə alınıb.
Bakısəsi Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son 24 saatda 276 nəfər virusdan dünyasını dəyişib. 12 585 yeni COVID-19 yoluxması təsbit olunub.
Ölkədə toplam yoluxma sayı 845 343-ə çatıb. Koronavirusa görə həyatını itirənlərin sayısı isə 14 204-ə yüksəlib.скачать dle 12.1