Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana dekabrın 8-i saat 12-yə qədər könüllü istefaya getmək üçün vaxt vermişdi. Vaxt bitdi, Paşinyan istefa vermədi.
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Ermənistanda zorakılıq və kütləvi həbslər qaçılmazdır:
"Paşinyanın istefa verməməsinin iki səbəbi var. Birinci səbəbi odur ki, müxalifətin qışqırıb-bağırmasına baxmayaraq İrəvandakı mitinqlərə 5-7 mindən çox adam yığa bilmir və bu say da getdikcə azalır. İkinci səbəb güc strukturları və onların rəhbərlərinin Paşinyana sadiqliyidir. Paşinyanın istefasını prezident Armen Sarkisyan və erməni katolikosu ikinci Qaregin də istəyib. Ancaq Paşinyan həm müxalifətin tələbini, həm prezidentin, həm də katolikosun istəyini qulaqardına vurub. Paşinyan istefa vermir, müxalifət isə Ermənistanı qarışdırmaq çalışmalarından əl çəkmir. Demək, zorakılıq və kütləvi həbslər qaçılmazdır.
Paşinyan ümid edir ki, müxalifətin müqaviməti getdikcə zəifləyəcək və istər-istəməz küçəyə çıxanların da sayı getdikcə azalacaq. Amma əksi də ola bilər. Yəni, vəziyyəti gərginləşdirmək üçün Ermənistan müxalifəti təxribata da gedə bilər. Bu təxribat baş verəcəyi halda qarşıdurma, polislə toqquşmalar da olacaq. Çünki hiss olundu ki, Paşinyan istefa vermək fikrində deyil. Hiss edir ki, cəmiyyətin bir hissəsi onu müdafiə edir. Ona görə, hətta prezident və katolikosun istefa çağırışlarına da reaksiya vermədi. Bu mənada Ermənistanda qarışıqlığın artacağını, hətta vətəndaş qarşıdurması olacağını belə ehtimal etmək olar".
“Paşinyan istefa vermək fikrində deyil”
10
dekabr
09:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat