“Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı qətliamı hələ də yaddaşlarda yerini qoruyur”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən hücumların qarşısını almaq və torpaqlarını işğaldan azad etmək üçün 27 sentyabrda hərəkətə keçib: “44 gün davam edən, ancaq 44 il və ondan sonra da barəsində danışılacaq zəfərlə nəticələnən hərəkatla Azərbaycan torpaqları Ermənistanın işğalından qurtarılıb və 10 noyabrda atəşkəs bəyanatı imzalanıb. Cənab Prezidentimiz Rusiya Prezidenti Putinlə atəşkəsin şərtləri və davamlı olması ilə bağlı danışıqlar apararaq atəşkəs bəyanatına lazımi dəstəyi təmin edib”.
H. Akar Atatürkün vəfat etdiyi 10 noyabr tarixinin əvəzinə Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd olunacağını da xatırladıb: “Bu həssaslıqlarına görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildirirəm. Beləliklə, Azərbaycan “bir millət, iki dövlət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuzu bir daha nümayiş etdirdi. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”. (APA)
“Türkiyə daim azərbaycanlı qardaşlarının yanında olacaq” - Hulusi Akar
10
dekabr
10:01

Qarabağ
KOMMENTLƏR
Türkiyə ilə Rusiya arasında Qarabağa dair razılaşma imzalandı
Türkiyə və Rusiya Qarabağda birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
“Türkiyə hərbçiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım edəcəklər” - Hulusi Akar
“Ermənistan Qarabağda təslim oldu” - Hulusi Akar
“Ermənistan başından böyük işlərə girişib” - Hulusi Akar
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat