Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council-un təşkilatçılığı ilə bir qrup xarici jurnalist Azərbaycana gəlib.
Nümayəndə heyətinin tərkibinə Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanyolca), Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (KGK) daxildir.
Belə ki, xarici jurnalistlər işğaldan azad edilmiş bölgələrdə erməni vandallarının törətdikləri ağlasılmaz vəhşiliklə yerində tanış olacaqlar. Səfərdə məqsəd erməni vəhşiliyinin dünyaya çatdırılmasıdır.
Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri Elşad Eyvazlı bildirib ki, artıq bu gün heyət Qarabağ bölgəsinə yola düşüb: “İlin sonunadək daha bir qrup əcnəbi jurnalistlərin Azərbaycana səfərini təşkil edəcəyik. Azad edilmiş rayonlarımızın hər qarışında erməni vəhşiliyi var. Bu, dağıdılmış evlər, məhv edilmiş tarixi, dini, mədəni abidələr, viran qoyulmuş təbiətlə özünü göstərir. Əcnəbi jurnalistlərin vasitəsilə bu vəhşilikləri gücümüz qədər bütün dünyaya göstərməliyik”.
Xarici jurnalistlər Qarabağa gedib
10
dekabr
10:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat