"Azərbaycan xalqı Ermənistan döyüşçüləri tərəfindən 30 ilə yaxın bundan əvvəl işğal edilmiş Qarabağ torpaqlarını azad etdi. Ermənistan erməni xalqının mənafeyinə əsla uyğun olmayan müharibədə məğlub oldu. Müharibə olmasaydı, dinc yolla, o cümlədən Qarabağda daha artıq nəticələr əldə etmək olardı. Azərbaycan bu müharibədə ədalətli qələbə qazandı. İkinci Qarabağ müharibəsində Azərbaycanın Böyük Qələbəsi bəşəriyyətin tarixini dəyişəcək".
Bakisesi.com "AzərTAc"a istinadən xəbər verir ki, rusiyalı məşhur jurnalist və politoloq Maksim Şevçenko bu fikirləri dekabrın 11-də Bakıda, Azərbaycanın KİV nümayəndələri ilə görüşdə söyləyib.
Onun sözlərinə görə, Qarabağda döyüş əməliyyatları aparılan 44 gün ərzində Azərbaycan Ordusu ən müasir silahlardan istifadə etməklə ən mürəkkəb məsələləri həll etməyə qabil olduğunu göstərib. Rusiyalı jurnalist deyib: “Azərbaycan qoşunları onilliklər boyu ermənilər tərəfindən möhkəmləndirilmiş müdafiə xətti boyunca mövqe tutmağa nail oldu. Bu ordu ilə hesablaşmamaq olmaz”.
Məşhur politoloq vurğulayıb ki, problem özlüyündə həll edilib, “amma mənim fikrimcə, Qabrielyan kimi oliqarxların və digər şovinist təbliğatçıların sözlərindən belə çıxır ki, ermənilərin Böyük Tiqran dövrünə aid sərhədlər daxilində hansısa qlobal müqəddəs imperiyanı bərpa etmək iddialarına düşməsi problemi əsla həll edilməyib. Hesab edirəm ki, bu, erməni xalqının mənafelərinə uyğun deyil. Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və digər dövlətlərlə qarşılıqlı faydalı mehriban qonşuluq münasibətləri erməni xalqının mənafeyinə uyğun olardı”.
Ekspert vurğulayıb ki, Rusiya Qarabağ məsələsinin nizamlanmasında mühüm rol oynayıb. O, Rusiya ilə Türkiyə arasında tarixi dostluq münasibətlərini də vurğulayaraq bildirib ki, Rusiya bu ölkə ilə münasibətlərə böyük əhəmiyyət verir. M.Şevçenko deyib: “Bu dostluğun əsası ötən əsrin iyirminci illərində, Türkiyəyə Mustafa Kamal Atatürk rəhbərlik edən dövrdə qoyulub”.
Azərbaycanın böyük qələbəsi bəşəriyyətin tarixini dəyişəcək - Şevçenko
12
dekabr
09:46

Qarabağ
KOMMENTLƏR
“Texnika vəhşinin əlində bir yığın metaldır” - Rusiyalı politoloq erməniləri təhqir etdi
Ermənistan 10 min hərbçisini itirib - General açıqladı
Mən ədalətin tərəfindəyəm, ədalət isə Azərbaycanın - Şevçenko
“İkinci Qarabağ savaşı dünya hərb tarixinə “dronlar müharibəsi” kimi daxil olacaq” – Ekspert
“Azərbaycan Ordusu Laçına yaxınlaşır” - Rusiyalı ekspert
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat