Müharibənin ilk 2 həftəsində Qarabağdakı erməni silahlı birləşmələri Moskvanın Yerevana verdiyi 6 “Tor-M2KM” zenit-raket komplekslərinin 4-nü itirdi. Ümumiyyətlə, Qarabağdakı bütün hava hücumundan müdafiə sisteminin yarısından çoxu sentyabrın 27-də, müharibənin ilk 4 saatı ərzində məhv edilmişdi.
Bunu qondarma “dqr”in “təhlükəsizlik şurası”nın keçmiş katibi (müharibənin kapitulasiya ilə başa çatmasından sonra istefa verib) general Samvel Babayan deyib.
O bildirib ki, 6 “Buk” zenit-raket kompleksindən cəmi 1-i döyüş qabiliyyətində idi.
Bundan əlavə, hərbi əməliyyatların lap əvvəlində Azərbaycan qüvvələri 10 “Osa” zenit-raket kompleksini və bir S-300 zenit-raket kompleksini məhv etdi.
Babayan onu da etiraf edib ki, müharibə başlayanda erməni ordusunda tam acınacaqlı vəziyyət hökm sürürdü, elə müharibənin ilk günlərindəcə əsgər və zabitlər arasında fərarilik başlamışdı. “Ona görə də son 10 il ərzində işləmiş qərargah rəislərinin, nazirlərin, ali baş komandanların hamısı günahkardır”,-o bildirir.
Babayan onu da deyib ki, müharibə təzə başlayanda Qarabağda 20 minə yaxın canlı qüvvə döyüşə qatılmışdı, səfərbərliklə əlavə 8 minlik canlı qüvvə də formalaşdırılıb. Amma onlardan 3 mini Ermənistanda “oturub” və döyüşlərə qatılmaqdan yayınıb.
Samvel Babayanın bildirdiyinə görə, onların işlək vəziyyətdə olmayan “Buk” zenit-raket komplekslərini təmir etmək üçün Moskvadan göndəriləcək təmir briqadasını gözləyirdilər.
“Azərbaycan Ordusu S-300-lərimizi 15 dəqiqəyə məhv etdi” - erməni general
15
dekabr
21:53

Qarabağ
KOMMENTLƏR
Düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi paradda nümayiş olundu
“Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib?” - “Nezavisimaya qazeta”
Prezident düşmənin məhv edilən texnikalarının sayını açıqladı
Çin Azərbaycan Ordusunun gücü haqqında: “Qarabağda gedən müharibə zamanı...”
Ermənistanın S-300 kompleksləri Azərbaycanın dron zərbəsindən sonra
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat