Bu mağazada pula ehtiyac yoxdur və valyuta kimi yaxşı əməllər istifadə olunur. Belə ki, xeyir əməl etdikcə insana ballar yazılır və həmin ballara uyğun olaraq alış-veriş edilir.
Mağaza sahibi bu yolla imkansız ailələrə dəstək olmaq istədiyini bildirib: "Şəhərdə təxminən üç min şagird təhsil alır, onların təxminən 45% -i maddi cəhətdən ehtiyaclı ailələrin uşaqlarıdır".
Onun sözlərinə görə, şagirdlərin təxminən 4 %-nin daimi yaşayış yeri yoxdur. Mağaza həftənin üç günü, bir neçə saat ərzində açıq olur.
