Ermənistanın Şirak vilayətində gərginlik hökm sürür. 
Bakısəsi erməni mediasına istinadən xəbər verir ki, Şrakın sakinləri yenidən aksiyalara başlayıblar. Onlar bu dəfə İrəvan-Gümrü yolunu bağlayıblar. Bildirilir ki, aksiya iştirakçılarının tələbi itkin düşən hərbçilərlər bağlı hansı tədbirlərin həyata keçirildiyi barədə məlumat almaqdır.
Onların bu günlərdə Hadrut rayonu istiqamətində baş verən gərginlik zamanı əsir düşdüyü bildirilir.
Hazırda aksiya iştirakçılaı İrəvan-Gümrü yolunun Xorom kəndindən keçən hissəsini bağlayıb. Keti kəndində oxşar aksiyanın keçirilməsi planlaşdırılır.
Ombudsman Arman Tatoyan aksiya iştirakçıları ilə görüşmək niyyətindədir. Lakin onun etirazları yatırda biləcəyi inandırıcı görünmür.скачать dle 12.1