Ermənistanın adı Ukraynanın Səhiyyə Nazirliyinin "qırmızı siyahısı"na salınıb.
Bu barədə “News.am”a Ermənistanın Ukraynadakı səfirliyinin mətbuat xidmətində bildiriblər.
"Ötən həftə Ukraynada koronavirusun yayılması göstəricisi üzrə dinamika Ermənistandan yuxarı idi. Ermənistandan Ukraynaya gələn bütün sərnişinlər koronavirusla bağlı mənfi test nəticəsinə malik olmalı və ya Ukraynada 14 günlük özünü təcridetmə rejimindən keçməlidir. Özünü təcridetmə rejimindən çıxmaq üçün Ukraynada da test vermək olar", - xəbərdə qeyd edilir.
Qeyd edək ki, bu, Ukraynanın Ermənistandan gələnlərə tətbiq etdiyi ilk məhdudiyyət deyil. Rəsmi Kiyev daha əvvəllər də Ermənistandan bu ölkəyə üz tutanlar arasında koronavirusa yoluxma hallarının çox olduğunu əsas gətirərək, müsbət koronavirus testi və ya 14 günlük özünü təcridetmə rejimi tətbiq edib.
Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 152 mini ötüb. Ölkədə pandemiyadan ölənlərin sayı isə 2 596-ya çatıb. Hazırda Ermənistanda 17 796 aktiv koronavirus xəstəsi var.(Report)
Ermənistan “qırmızı siyahı”ya salındı - Məhdudiyyət qoyuldu
19
dekabr
09:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat