Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirib.
O həmçinin əlavə edib ki, 1 aprel 2021-ci ilə qədər daha 32 modul şəhərciyin salınması planlaşdırılır. Bu o deməkdir ki, müvəqqəti kontingentin sayı dəfələrlə artacaq – 2000-dən 10000 nəfərədək.
Kontingentin sayının artırılması haqda rəsmən heç nə deyilməyib və onun genişləndirilməsi Azərbaycanla əlavə razılaşdırma tələb edəcək.
Lakin nəzərə alsaq ki, Şoyqu Müdafiə Nazirliyinin planlarını səsləndirib, bu o deməkdir ki, məsələ Bakı ilə razılaşdırılıb.
2 min kv. km. sahəsi olan belə kiçik region üçün 10 minlik kontingent xeyli çoxdur və daha çox burada Rusiya hərbi bazasının yerləşdirilməsi planlarına işarə edir.
Məlum olduğu kimi, Rusiya hərbçilərinin münaqişə zonasında qalma şərtləri Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın 9 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb.
Sənədə əsasən Rusiya kontingenti 1960 hərbi qulluqçudan, 90 BTR və 380 ədəd avtomobil və digər xüsusi texnikadan ibarətdir. KİV-in məlumatına görə, Rusiya kolonların havadan müdafiəsi üçün vertolyotlardan istifadə edir. Kontingentin qalma müddəti beş ildir. Tərəflərdən heç birinin etirazı olmadığı halda avtomatik olaraq məhdudiyyətsiz şəkildə həmin müddətə uzadılır. /Turan
Rusiya Qarabağda sülhməramlıların sayını artırmağı planlaşdırır
22
dekabr
09:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat