Ermənistanda dekabrın 25-dən 2021-ci il yanvarın 20-dək hərbi həkimlərin səfərbərliyi elan olunub.
Bununla bağlı bu gün hökumətin iclasında qərar verilib.
Ermənistan silahlı qüvvələrinin ehtiyat zabitləri sırasında olan 35 yaşadək həkimlər səfərbər ediləcəklər. Qərara əsasən, onların xidmət müddəti 2 ildir. Bu qərarla ehtiyat zabit korpusunda olan 70-ə qədər tibb mütəxəssisi səfərbərliyə cəlb olunacaq.
Eyni zamanda, dekabrın 31-də hərbi xidmətini başa vurmuş ehtiyatda olan zabitlər tərxis olunacaqlar.
Müvafiq qərara əsasən, ehtiyatda olan zabit heyəti arasında xidmətdən yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu şəxslərin barəsində cinayət işi başlanması üçün onlarla bağlı materiallar Ermənistan İstintaq Komitəsinin müvafiq şöbəsinə göndəriləcək.(APA)
Ermənistanda səfərbərlik elan edildi
24
dekabr
14:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat