İngiltərədə meydana çıxan və böyük narahatlığa səbəb olan koronavirusun mutasiyaya uğrayan yeni növü ABŞ-da da aşkarlanıb.
Yeni növ Kolorado ştatının Denver şəhərində yaşayan 20 yaşlarında bir kişidə görülüb. Yaxın zamanda xarici ölkəyə səfəri ilə bağlı heç bir sənədə rast gəlinməyən adam dərhal  karantin altına alınıb. Hazırda şəxsin əlaqədə olduğu digər insanlar da nəzarətə götürülüb.
Qeyd edək ki, ABŞ-da hələ aşkarlanmamış çox sayda yeni növ virus daşıyıcısının olduğu güman edilir.скачать dle 12.1