Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı məsələyə də toxunub.
Dövlətimizin başçısı Azərbaycanın bu məsələ ilə bağlı da öz öhdəliyini yerinə yetirdiyini söyləyib.
“Azərbaycan tərəfi indi Ağdam bölgəsində bu Monitorinq Mərkəzi üçün bina inşa edir. Bu Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaqdır. Bildiyimə görə, artıq Türkiyə tərəfi də fəaliyyətə başlamaq üçün tam hazırdır. Yəqin ki, siz Rusiya tərəfi ilə də təmaslardasınız, Monitorinq Mərkəzi nə qədər tez fəaliyyətə başlasa o qədər də yaxşıdır. Çünki müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, hələ də təhdidlər, təhlükələr var. Nəzarətsiz erməni silahlı birləşmələri bizim ərazimizdə fəaliyyət göstərirlər və onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər. Ona görə, bu təhdidi aradan qaldırmaq və gələcəkdə bütövlükdə bölgəmizdə sülhün, sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır. Çünki əfsuslar olsun ki, Ermənistanda bəzi siyasi qüvvələr revanşist fikirlərlə yaşayırlar, açıq bəyanatlar verirlər ki, gün gələcək onlar Azərbaycana qarşı müharibə aparacaqlar, Azərbaycan torpaqlarını işğal edəcəklər. Bu, onlar üçün özünəqəsd olacaq. Təbii ki, belə cəhdlər dərhal yerindəcə aradan qaldırılacaq, ancaq bu təhdidlər var. Ona görə bu bölgədə monitorinq, nəzarət aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi bu funksiyanı əminəm ki, şərəflə yerinə yetirəcəkdir”, - deyə Prezident qeyd edib.
"Türkiyə-Rusiya Monitorinq Mərkəzi maksimum iki həftəyə hazır olacaq" - Dövlət başçısı
31
dekabr
16:35

Qarabağ
KOMMENTLƏR
Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq
Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək - Prezidentdən AÇIQLAMA
Monitorinq Mərkəzində Türkiyə və Rusiya hərbçilərinin sayı eyni olacaq
Ərdoğan qanunu imzaladı - Türk əsgəri Azərbaycana göndərilir
Ərdoğan hökumət üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat