Daha əvvəl Böyük Britaniyada aşkar edilən koronavirusun yeni variantı indi Kiprdə qeydə alınıb. Həmin virusa 12 nəfər yoluxub.
Kipr Səhiyyə Nazirliyi Böyük Britaniyadan gələn və koronavirusla bağlı verdikləri testləri pozitiv çıxmış 19 nəfərin analizlərinin əlavə yoxlanışının nəticələrini də açıqlayıb.
Qeyd edilib ki, Böyük Britaniyadan gələnlərdən alınan bütün müsbət nümunələr Kipr Nevrologiya və Genetika İnstitutuna göndərilib:
"6 - 20 dekabr 2020-ci il tarixlərində yoxlanılmış 19 nümunədən 12-də VOC 202012/01 ştammı müəyyən edilib".
Bu testlər Avropa Xəstəliklərin profilaktikası və idarəetmə Mərkəzinin geniş proqramı çərçivəsində aparılıb.
***
Koronavirusun "Britaniya ştammı" Yunanıstanda da aşkar edilib.
Belə ki, koronavirusun yeni ştamı altı nəfərdə aşkarlanıb. Onlar ölkəyə Britaniyadan gəliblər. Mutasiyaya uğramış virusun həmin şəxslərin orqanizmində mövcudluğunu ekspres test göstərib.
Sonra onların analizləri əlavə yoxlamaya göndərilib. Yoxlama həmin şəxslərdə "Britaniya ştammı"nın mövcudluğunu müəyyənləşdirib.
"Britaniya ştammı" daha 2 ölkədə aşkarlandı
04
yanvar
09:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat