“Tezliklə Azərbaycanın 1 milyona yaxın məcburi köçkünü Türkiyə sülhməramlılarının müşaiyətilə Qarabağda öz ata-baba torpaqlarına geri qayıdacaqlar”.
Bu fikirləri Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib.
Kürşat Atılgan deyib ki, Türkiyə hərbiçilərindən ibarət digər heyət də Azərbaycana gəlməyə hazırlaşır:
“İnşallah ən yaxın zamanda onlar Azərbaycana gələcəklər və Qarabağda xidmətlərinə başlayacaqlar.
Türkiyə hərbiçiləri də Rusiya sülhməramlıları kimi Qarabağda xidmət aparacaqlar. Əgər ermənilər Qarabağda təxribata cəhd edərsə, o zaman Türkiyə sülhməramlıları buna imkan verməyəcək. Çünki biz yaxşı bilirik ki, müharibəni uduzan Ermənistan Ordusu tamamilə məhv olmaq astanasında idi. Rusiya sülhməramlıları onları son anda xilas etdi.
Ancaq ermənilər də ağıllarını başlarına toplamalı və təxribatlardan əl çəkməlidirlər. Əks halda, Türkiyə və Azərbaycanın hörmətli rəhbərlərinin də dediyi kimi, bunun nəticələri onlar üçün daha sarsıdıcı olacaq. Türkiyə ədalətdən və sülhdən yanadır. Biz qardaş Azərbaycan kimi regionda daimi sülhün bərqərar olmasını istəyirik. Azərbaycan Ordusununun 2020-ci ildə qazandığı möhtəşəm Qarabağ zəfəri də bu sülhün bərqərar olması üçün zəmin yaratdı. Bundan sonra Ermənistan xalqı çalışıb normal qonşu və dost kimi yaşamağı bacarmalıdır”.
Türk general qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Qarabağdan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyona yaxın azərbaycanlı tezliklə öz evlərinə qayıdacaq:
“İnşallah bu qayıdış qardaş Türkiyə sülhməramlılarının müşaiyətilə reallaşacaq. Artıq azərbaycanlı qardaş və bacılarımız qaçqın deyillər, onların torpaqları azaddır. Qəhrəman Azərbaycan əsgərlərinin sayəsində onlar tezliklə öz doğma evlərinə qayıdacaqlar”.
“Qarabağa gəlirik, ermənilər təxribat törətsə...” - Türkiyəli generaldan ŞOK AÇIQLAMA
04
yanvar
16:54

Qarabağ
KOMMENTLƏR
Türkiyə hərbçilərinin Dağlıq Qarabağda qalacağı müddət açıqlandı
“Türklərin gəlişi ilə rus sülhməramlılarının işi çətinləşəcək” - Rusiyalı ekspert
Türkiyə və Rusiyanın Qarabağa dair danışıqları başa çatdı
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalandı
İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat