Məşhur "Mercedes-Benz" avtomobil brendinin sahibi "Daimler" şirkətinin Pekin şəhərindəki ehtiyat hissələrin istehsalı və satışı müəssisəsində bəzi aksesuarlardan götürülmüş nümunələrdə COVID-19 virusu aşkarlanıb.
Satış mərkəzinin yerləşdiyi Şunyi rayonu hökuməti sədrinin müavini Ci Sianvey həmin müəssisədə işləyən 11 nəfərin də yeni növ koronavirusa yoluxduğunu bildirib.
Müəssisədə ilk yoluxma dekabrın 26-da qeydə alınıb. Rayon rəhbərliyi dərhal müəssisənin işini dayandırıb və müvafiq epidemioloji təhqiqata başlanılıb. Müəssisənin yoluxma aşkarlanan bölümündə çalışan digər işçilər təcrid edilib. Nəticədə qeyd olunan yoluxmalar aşkarlanıb.
Pekinin səlahiyyətli qurumları "Daimler" şirkətinə məxsus müəssisədə epidemiya əleyhinə qaydalara riayət olunmadığı, o cümlədən işçilərin qoruyucu maska taxmadığı qənaətindədir.
Güman olunur ki, infeksiya virusa yoluxmuş işçilərdən istehsal olunan məhsullara ötürülüb. Havanın soyuq olması isə virusun məhsullar üzərində "yaşamasına" imkan verib.
Epidemioloqlar ehtiyat hissələrin üzərindəki infeksiya miqdarının az olması səbəbindən həmin əşyalara toxunanların yoluxma ehtimalının az olduğunu düşünür. Artıq Çinin bir neçə şəhərində "Daimler"in Pekindəki müəssisəsində istehsal olunmuş ehtiyat hissələrində COVID-19 virusu aşkarlanıb.
"Mercedes"in ehtiyat hissəsində koronavirus aşkarlandı
05
yanvar
10:56

Qarabağ
KOMMENTLƏR
Koronavirusla bağlı SON STATİSTİKA
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Qobustan həbsxanasında virus yayıldı – Rəsmi açıqlama
Atmosferə tullantı atan müəssisənin istehsalat üzrə direktoru cəzalanıb
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər