Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xankəndinin kənar ərazilərinin minalardan təmizlənməsi zamanı rus sülhməramlıları iş apararkən hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edirlər.
23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 414,6 hektardan çox ərazini, 160 km-dən çox yolu, 20-dən çox sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binasını partlamamış hərbi sursatlardan, 19 minə yaxın partlayıcı maddədən təmizləyib.
Aşkarlanan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursatlar, partlayış əməliyyatı üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir.
Rusiya MN-dən Xankəndi ilə bağlı AÇIQLAMA
05
yanvar
11:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat