Ukraynada 4 il əvvəl sui-qəsd qurbanı olan jurnalist Pavel Şeremetin ölümü ilə bağlı yeni səs yazısı ortaya çıxıb.
Yenisabah.az xəbər verir ki, səs yazısında jurnalistin öldürülməsində Belarus kəşfiyyatının izlərinin olduğu iddia edilib. 
Qeyd edilib ki, sui-qəsdin Belarus Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlandığını göstərən dəlillər ələ keçirilib. Səs yazısında Belarus prezidenti Lukaşenkonin siyasi sui-qəsdlər üçün DTK-ya 1.5 milyon dollar ayırdığı vurğulanıb.
Bildirək ki, Ukrayna polisi məsələ ilə bağlı açıqlama verərək iddiaları özündə ehtiva edən sənədlərin və səs yazılarının araşdırıldığını diqqətə çatdırıb.
скачать dle 12.1