"Koronavirusun "Britaniya ştammı" infeksiyanın adi variantından daha sürətlə yayılır". Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya Van Kerkxove bildirib.
"Son məlumatlar göstərir ki, xəstəliyin adi variantı Böyük Britaniyada aşkar edilmiş ştamm kimi tez yayılmır. Və biz burda 1,1-dən 1,5-ə qədər artan reproduktiv saya əsaslanırıq", - xəbərdə deyilir.
Ekspert vurğulayıb ki, virusun əvvəlki və yeni formasının yayılması arasında heç bir fərq yoxdur. "Bizim bu varianta qarşı necə mübarizə aparmağımızla bağlı heç bir dəyişiklik yoxdur", - o qeyd edib.
ÜST rəsmisi əlavə edib ki, koronavirusun yeni ştammı yüksək ölüm sayına malik deyil.
Qeyd edək ki, ötən il dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkə alimləri yeni, mutasiya etmiş COVID-19 aşkarlayıblar. Onun sözlərinə görə, koronavirusun yeni ştamı əvvəlkindən daha sürətlə yayılır. Böyük Britaniyanın baş naziri Boris Conson isə deyib ki, koronavirusun yeni mutasiyası virusun başqa növlərindən 70 % daha yoluxucudur.
Bu səbəbdən də "Britaniya" ştammı daha təhlükəli hesab edilir. Artıq dünyanın onlarla ölkəsində koronavirusun bu növünə yoluxma aşkarlanıb.
Virusun yeni variantı daha sürətlə yayılır – Dünya səhiyyəsi şokda
09
yanvar
09:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat