"Ötən ilin sonunda Azərbaycan və Türkiyənin energetika nazirləri arasında Naxçıvana təbii qaz boru kəməri ilə bağlı razılaşma əldə edildi. Bununla əlaqədar ərazi qiymətləndirmə layihəsi hazırladıq. İnşallah yaxın bir neçə ayda müqaviləni başa çatdıracağıq və dərhal işlərə başlayacağıq. Bunun inşası üçün 12 ay vaxt planlaşdırılıb. Bu, İqdır şəhərinin strateji əhəmiyyətini artıracaq əhəmiyyətli layihələrdən biridir".
Bunları Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Fatih Dönməz Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında sərhəd ticarətinin tarixinin uzun müddətli olmasına işarə edərək, bu ticarətin enerji sahəsində də güclənəcəyini söyləyib.
Nazir Naxçıvana tədarük ediləcək təbii qaz kəməri marşrutu üzərində yerləşən bələdiyyələrin və qəsəbələrin gələcəkdə təbii qazdan istifadə etmək üçün çıxış nöqtələrinə malik olacağını söyləyib. (Report)
Xatırladaq ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.
Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.
İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.
Türkiyədən Naxçıvana qaz tədarükü - Azərbaycan üçün bu, strateji əhəmiyyət daşıyır
10
yanvar
10:03

Qarabağ
KOMMENTLƏR
Qarabağda qələbə iki ölkənin xeyrinə oldu - Nazir
İğdır-Naxçıvan qaz kəməri ilə bağlı Ərdoğandan yeni qərar
Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri ilə bağlı sənəd imzalanacaq
Qaz bazarına yeni oyunçu gəlir? – “Türkiyə buna qadirdir”
Türkiyənin energetika naziri: "TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat