Türkiyədə koronavirusa qarşı peyvəndlərin vurulmasına bu həftənin sonunda başlanılacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2021-ci ilə dair birinci iclasından sonra xalqa müraciətində deyib.
“Çin peyvəndinin ölkəmizə tədarükünə başlanılıb. Biz, həmçinin Rusiya və Britaniya peyvəndləri ilə bağlı hadisələrin inkişafını da izləyirik. Türkiyədə peyvəndləmə prosesinə cümə axşamı və ya cümə günü (Yanvarın 14 və ya 15-də - Red.) başlanılacaq”, - deyə Ərdoğan öz müraciətində bildirib.
Eyni zamanda, Ərdoğan əlavə edib ki, ölkə rəhbərliyi koronavirusa yoluxanların say statistikasının müəyyən göstəricilərə enəcəyi təqdirdə tətbiq olunmuş məhdudiyyətləri tədricən ləğv edəcək.
Hazırda respublikada iş günləri saat 21:00-dan 05:00-dək, həftə sonları isə bütün gün ərzində küçəyə çıxmaqla bağlı məhdudiyyətlər tətbiq olunur. Bundan başqa, Türkiyədə ərzaq mağazaları və ticarət mərkəzlərinə gələnlərin sayı məhdudlaşdırılıb. (APA)
Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksinindən 50 milyon doza sifariş edib. Bu peyvəndin Türkiyəyə gətirilən ilk partiyası ölkə laboratoriyalarında yoxlamadan keçirilib.
Türkiyədə peyvəndlərin vurulacağı tarix açıqlandı
12
yanvar
10:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat