İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bununla da İranda bu virusdan ölənlərin sayı 56 360 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 6 408 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 299 022 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 507 nəfərin vəziyyəti ağırdır.
İranda indiyədək 1 088 456 nəfər koronavirusdan sağalıb, 8,26 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 30 rayon narıncı zona, 219 rayon sarı zona, 192 rayon isə mavi zona hesab olunur.скачать dle 12.1