Koronavirus səbəbilə yoluxma və ölüm halları artdığına görə İngiltərə ölkəyə giriş-çıxışı bağlayır.
Koronavirusun mutasiyaya uğrayan yeni növü aşkarlandıqdan sonra İngiltərə yoluxma sayını tənzimləyə bilmir. Bu səbəblə Baş nazir Boris Conson mətbuata açıqlamasında yanvarın 18-i səhər saat 4:00-dan etibarən giriş-çıxışın bağlanacağını açıqlayıb. 
Xaricdən gələn bütün ziyarətçilərdən 72 saat ərzində neqativ COVID-19 testi tələb ediləcək. Prosesin nə vaxtadək davam edəcəyi isə hələ ki məlum deyil.
Qeyd edək ki, İngiltərədə son gün ərzində 55 761 nəfərə COVID-19 diaqnozu qoyulub, 280 nəfər isə həyatını itirib. Beləliklə, yoluxma sayı 3 316 019-a, ölənlər isə 87 295-ə yüksəlib.скачать dle 12.1