Ermənistanda yüzlərlə valideyninin Qarabağda itkin düşən övladları barədə xəbər gözlədiyi, minlərlə insanın isə ölənlər üçün gözyaşı tökdüyü bir vaxtda Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan qızı Emilyaya təmtəraqlı toy etmək fikrinə düşüb.
Bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında paylaşım edilib. “Ermənistan ağladığı vaxtda, David Tonoyan geyinib-keçinib və qızının toyuna hazırlaşır”
Tonoyanın qızının nişanı isə Ermənistanda müharibə ilə bağlı kəskin etirazların yaşandığı dövrə - 21 dekabra təsadüf edib. Bundan əlavə D.Tonoyanın bacısı qızlarından birinin dəbdəbəli nişan və toy mərasimi noyabrda, digərininki isə yenə dekabr ayında keçirilib.
Niyə də yox? Çox qısa zamanda uğursuz Ermənistan ordusunun keçmiş müdafiə naziri artıq ordunun moderləşdirilməsi və təchizatı, həmçinin qida təminatı ilə bağlı məsələlərdən özünə kifayət qədər sərvət toplaya bilib və istədiyi hər şeyi edə bilər. Kənardan elə təəssürat yaranır ki, müharibədə məğlubiyyətdən şoka düşən Ermənistan ictimaiyyəti özünün rüsvayçılığının əsas təşəbbüskarlarından biri olan bu şəxs barədə sadəcə unudub.
“Caliber” David Tonoyanın “karyera”sına da nəzər salıb və bir sıra maraqlı faktları sadalayıb. Videoda həmçinin David Tonoyanın demək olar ki, ordunun təchizatı və təminatı ilə bağlı bütün məsələləri öz yaxınlarının şirkətlərinə həvalə etdiyi və öz şəxsi sərvətini də bu yolla artırdığı vurğulanır.
“Ermənistan ağladığı vaxtda Tonoyan qızının toyuna hazırlaşır” - VİDEO
18
yanvar
14:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat