Ermənistanda bəzi yollar hələ də bağlıdır.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, "Amberd" hidrometeoroloji stansiyasından Amberd qalasına və Kari liç gölünə aparan yollar hələ də bağlı olaraq qalır. Vardenyats aşırımı buzlu olduğundan nəqliyyat vasitələrinin keçməsində çətinlik yaranıb.
Geğarkunik ərazisindəki yolların, eləcə də İrəvan-Sevan magistral yolunun 16-39-cu kilometrliyinin buzla örtülü olduğu bildirilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti isə Stepantsminda-Lars yolunun bütün növ nəqliyyat vasitələri üçün bağlı olduğunu və ərazidə 450 ağır yük maşının toplandığını vurğulayıb.скачать dle 12.1