Ermənistanın baş naziri Nikol Paşinyanı ölümlə hədələyən Qarabağdakı separatçıların nümayəndəsi Vaan Badasyan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb.
 Ermənistan KİV-lər xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan bildirib.
Xatırladaq ki, V.Badasyan mətbuata açıqlamasında Paşinyanı hədələyərək deyib:
“Nikol Paşinyanı təkcə məğlubiyyətin simvoli kimi yox, həm də düşmən kimi aradan götürmək lazımdır”.
Vaah Badasyan Qarabağ terrorçularının qurduğu qondarma “parlamentin keçmiş deputatı” olub.
Modern.az-ın yazdığına görə, o, MTX-yə aparılarkən bir daha hədələrini təkrarlayıb: “Bəli, mən hədəli çağırışlar edirəm. Qoy MTX məni tutsun. Onu aradan götürmək lazımdır” .скачать dle 12.1