Qarabağ müharibəsindəki məğlubiyyət və bunun yaratdığı fəsadlar, eləcə də pandemiyanın onsuz da ağır durumda olan iqtisadiyyatı daha da çökdürməsi Ermənistan əhalisinin kütləvi emiqrasiyasına səbəb olub.
Fevralın 1-dən etibarən Rusiyanın Ermənistan vətəndaşları üçün hava sərhədlərini açması nəticəsində ermənilər dərhal bu ölkəyə üz tutmağa başlayıblar.
“AzPolitika.info” xəbər verir ki, ötən gün erməni mətbuatında Nikol Paşinyan hökumətinə ən qatı müxalifətçilərdən sayılan deputat Naira Zöhrabyanın parlamentdəki çıxışına geniş yer verilib.
Deputat deyib ki, sərhədlərin açılmasından sonra gözlənilən emiqrasiya ermənilərin tarix ərzində ən böyük köçü olacaq: “Təəssüf ki, gözlənilən emiqrasiya ermənilərin ən böyük köçü olacaq. Dünən Moskvaya bir tərəfə bilet 700 dollara satılıb, əgər Moskvaya biletlər hərraca çıxarılsa, buna təəccüblənməyin. Mənim Ermənistanı tərk edən ermənini ittiham etməyə haqqım yoxdur...”
Qatı millətçi və təxribatçı mövqeyilə seçilən Zöhrabyan iddia edib ki, hər hansı erməninin ölkəni tərk etməsi təkcə sosial problemlərlə yox, həm də “sabah türkün onun evinə girməyəcəyinə əmin olmadığı” üçündür. Deputat növbəti dəfə bütün günahın Paşinyan hökumətində olduğunu və ölkədən gedənlərin də əksəriyyətinin vaxtilə Paşinyanı dəstəkləyən vətəndaşlar olduğunu qeyd edib.
Ermənistandan kütləvi köç başlayıb: “Bu, ermənilərin ən böyük köçü olacaq...”
01
fevral
12:29

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat