Ermənistan mətbuatı bu ölkənin Müdafiə Nazirliyində yanvarın 28-də baş nazir Nikol Paşinyanın iştirakı ilə baş tutmuş və az qala əlbəyaxa davaya çevriləcək görüş toplantı haqda yazır.
Həmin gün Ermənistan məğlub ordunun yaradılmasının ildönümünü qeyd edirdi və baş nazir Paşinyan da bu münasibətlər Müdafiə Nazirliyinə yollanmışdı, ordunun yüksək komandan heyəti ilə görüşmək üçün.
“Qraparak” (“Meydan”) qəzeti yazır ki, Müdafiə Nazirliyindəki mənbələr həmin görüşün heç də hamar keçmədiyini danışır. Belə ki, toplantının əsas hissəsi başa çatandan sonra məhdud çərçivədə generalların iştirakı ilə nazirliyin rəhbərlərindən birinin kabinetində ayrıca toplantı olub. Orada Paşinyan yüksək zabit heyətini müharibədəki məğlubiyyətə görə ittiham edib, bu da Baş qərargah rəisi Onik Qasparyanı bərk qəzəbləndirib. Qasparyan söyüş söyüb, qapını çırpıb və otaqdan çıxıb. Onun ardınca adamlar çıxıblar, yola gətiriblər və geri qaytarıblar.
Bu vaxt müdafiə naziri Vaqarşak Arutyunyan “çıxış etməyə” başlayıb, Paşinyana nümayiş etdirməyə çalışıb ki, situasiyaya nəzarət edir. Arutyunyan hədələyərək deyib ki, bu cür addımlar atanları cəzalandıracaq. Lakin bu zaman toplantıda iştirak edən yüksək rütbəli zabitlər dərhal ona yerlərindən müdaxilə ediblər, başa salıblar ki, səsini kəsib yerində otursun, çünki heç nəyi həll etmir. Söhbət o dərəcədə kəskinləşib ki, Nikol Paşinyan barışdırıcı rolunu üzərinə götürüb, özünün qızışdırdığı münaqişəni yatırmağa və yoluna qoymağa çalışıb.
Əlbətdə, Paşinyan baş verənləri “udmayıb”, insidentdən dərhal sonra Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı cinayət işinin qaldırılmasını tapşırıb. Birinci iş silah alınması üzrə başladılıb və həmin iş üzrə qalmaqallı silah alverçisi David Qalstyan istintaqa cəlb olunub. Amma tezliklə nazirliyin digər yüksək vəzifəli şəxslərinin barəsində də cinayət işinin qaldırılması gözlənilir.(Virtualaz.org)
General Onik Qasparyan söyüş söydü, qapını Paşinyanın üzünə çırpdı…
04
fevral
09:40

Qarabağ
KOMMENTLƏR
O, Paşinyanın kapitulasiya sənədini imzalamasına mane olmaq istəmişdi
Paşinyan nazirləri topladı - Qarabağdakı vəziyyət müzakirə olundu
“Qərardan imtina ciddi fəsadlara gətirib çıxara bilərdi” - Onik Qasparyan
Paşinyan bunkerdə gizlənir, ailəsi isə...
Ermənistan müxalifəti baş qərargah rəisi ilə görüşüb
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat