Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Rusiya birinciliyində iştirak edən erməni əsilli Adeliya Petrosyanın timsalında ermənilər həyasız və əxlaqsız informasiya təxribatını davam etdirib.
Rusiyanın “Birinci kanal”ı ötən gün keçirilən yarışmada gümüş medal qazanan Adeliya Petrosyanın Ara Gevorkyanın “artsax kompozisiyası” altında ifa etdiyini yayıb, həm də sosial şəbəkə hesabında təqdim edib.
Onun rəqsi zamanı “artsax kompozisiyası”ndan istifadə etməsi əslində idmanın siyasiləşdirilməsi ilə bərabər, subliminal mesajdır. Hər şeydən öncə təşkilatçılar bu təxribatın qarşısını almalı idi.
Məsələnin daha həyasız və əxlaqsız tərəfi isə odur ki, “artsax kompozisiyası” kimi təqdim edilən bu musiqinin ümumiyyətlə erməni və ya Gevorkyana heç bir aidiyyəti yoxdur. Bu, böyük bəstəkarımız Fikrət Əmirovun məşhur “Qarabağ inciləri” kompozisiyasıdır. Dərhal əlavə edək ki, kompozisiya 1954-cü ildə bəstələnib və SSRİ dövründə patentləşdirilib.
Yəni ermənilər həyasızcasına oğurladıqları Azərbaycanın böyük bəstəkarının musiqisini “artsax” adı ilə sırımağa, həm də bununla mesaj verməyə cəhd edib.
Təəssüf ki, Rusiyada yarış təşkilatları buna şərait yaradıb, Rusiya kanalı isə bu əxlaqsız oğurluluğun siyasiləşdirilmiş motivdə təqdimatını həm də sosial şəbəkələrdə həyata keçirməkdədir.\\Axar
Ermənilərin eyni anda iki təxribatı - Videolar
06
fevral
10:02

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi