Qondarma rejimin "daxili işlər nazirliyinin" xilasetmə qrupları Füzulidə daha iki erməni hərbçisinin qalıqlarını tapıb.
Bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, onların şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Həmçinin qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin dəyişdirilməsi səbəbilə bu gündən etibarən axtarış əməliyyatı müvəqqəti dayandırılacaq.
Bildirək ki, atəşkəsdən sonra ümumilikdə ərazilərimizdən 1367 erməni hərbçisinin qalıqları tapılıb.скачать dle 12.1