Qarabağ münaqişəsinin başa çatmasından sonra bölgədə yeni imkanlar yaranıb.
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
M.C.Zərifin sözlərinə görə, bu imkanlardan biri dəmiryol xətləridir. Onlardan biri Culfa dəmiryol xəttidir, ikinci dəmiryol xətti isə İranı Rusiyaya birləşdirir. Bu dəmiryol xətləri uzun illər idi ki, fəaliyyət göstərmirdi:
“Hazırda Qafqazda yeni bir əməkdaşlıq platformasının yaradılması ilə Azərbaycan və Ermənistan, Gürcüstan və Rusiya, həmçinin Ermənistan və Türkiyə arasında stabilliyin əldə olunmasına imkan yaranıb”.
XİN rəhbəri deyib ki, doğrudur ötən illərdə İran tranzit və digər sahələrdə bir sıra problemlərlə üzləşib. Lakin bu problemlər artıq arxada qalmaqdadır. (Trend)
Qarabağ münaqişəsindən sonra bölgədə yeni imkanlar yaranıb – Zərif
08
fevral
11:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat