"Bəli, həqiqətən qlobal təhlükələr var”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla "Microsoft” şirkətinin qurucusu Bill Qeytsin bəşəriyyəti gözləyən qlobal təhlükələrlə bağlı xəbərdarlığını şərh edərkən deyib. Onun sözlərinə görə, qlobal istiləşmə, növbəti pandemiyalar, qrip, ekoloji səbəblərin özləri və vaksin tərəddüdü - bütün bunların hamısı insan sağlamlığını təhdid edən faktorlardır:
"Bu gün qida, su, hava və ərzaq təhlükəsizliyi çox ciddi şəkildə insan sağlamlığına təsir edir. Qlobal istiləşmənin gətirdiyi fəlakətlərin bioloji təsiri böyük olacaq. Bitkilər, heyvanlar və insanlar da daha çox əziyyət çəkəcək, ölüm halları da çoxalacaq. Niyə? Çünki insanların özünü qorumağa daha çox imkanları var. Onların əlində təbabət və başqa imkanlar var. Heyvanlar isə təbii seçmədədir, onlar ancaq təbiətdə davam gətirə bilirlər”.
Adil Qeybulla hesab edir ki, buna ciddi yanaşılmalıdır:
"Biz ekoloji problemlərin həlli üçün yeni bir platforma düşünməliyik. Yeni bir mexanizm düşünülməlidir ki, bunun qarşısı alınsın”.
Qeyd edək ki, "Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyəti gözləyən qlobal təhlükələrdən danışıb. O bildirib ki, gələcəkdə iqlim dəyişikliyi və bioterrorizm nəticəsində hər il ölənlərin sayı artacaq: "İstiləşmə ilə bağlı təbii kataklizmlərdən ölənlərin sayı hər il artacaq. Koronavirus pandemiyası dövründən çox qurbanlar olacaq”.
Adil Qeybulladan Bill Qeytsin qorxulu xəbərdarlığına reaksiya
08
fevral
13:21

Qarabağ
KOMMENTLƏR
“Yanvarın 18-dən bəzi qadağalar götürülə bilər“ - AÇIQLAMA
Bill Qeyts 2021-ci ilin ilk proqnozunu söylədi
Koronalı xəstələr xəstəxanalara rüşvətlə yerləşdirilir? - Adil Qeybulla danışdı
Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR
“Rossiya-24” də milyarderlə bağlı “666” qalmaqalı - Mixalkovun məşhur verilişini dayandırdılar
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat