AzadlıqRadiosunun Erməni xidməti Şurnux kəndinin ermənilər yaşayan hissəsindən reportaj hazırlayıb.
Reportajda deyilir ki, Gorus-Qafan şosesində, habelə Ermənistanın Syunik vilayətinin kəndarası yollarında silahlı azərbaycanlı əsgərləri görmək olur. Qafandan Çakaten və Şıxovuz kəndlərinə gedən yolda lövhə var. Onun üzərində “Azərbaycana xoş gəlmisiniz!” yazılıb. Bu lövhədəki yazını kimlərsə, iki gün əvvəl rənglə örtmüşdülər, amma azərbaycanlılar yeni lövhə qoyublar.
Qafanın meri Gevork Papyan deyir ki, buralarda hələlik ciddi toqquşma olmayıb, amma risk qalır. Mer iddia edir ki, Azərbaycan sərhədçiləri bu yola silahlı çıxmamalıdırlar: “Onlar yoldan daim görüntü məsafəsində olmalıdırlar”.
Qafanın 37 kəndindən 16-sı sərhədyanı kəndlərdir. Merdə düzəlişlər edildikdən sonra hazırlanmış yeni xəritə var. O bildirir ki, ermənilər sovet sərhədlərinə qayıdıblar, amma Zəngilan və Qubadlı təslim ediləndən sonra təhlükəsizlik zolağından məhrum olublar və bu səbəbdən kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirlər. Bu da qeyd olunur ki, Qafan-Çakaten yolunun 4 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib.
Onun sözlərinə görə torpaq şumlanıb, toxum səpilib, amma məhsulu necə yığacaqlarını bilmirlər.
Erməni ər arvadını hədələdi: “Səni də, türkləri də güllələyəcəm” – Şurnuxdan maraqlı video
09
fevral
11:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat