Sosial mediada xüsusi məzmun hazırlayan və baxış sayından asılı olaraq gəlir əldə edən yutuberlər də vergi ödəyənlər sırasına daxil edilir.
Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi yutuberlər başda olmaqla sosial şəbəkə üzərindən xüsusi məzmunlu məlumatlar hesabına pul qazanan şəxslərlərlə bağlı 5 illik retrospektiv vergi təhlilinə başlayıb.
Bildirək ki, 1000-dən çox abunəçisi olan şəxslərin “YouTube”a yüklənən videolar 4 min saatlıq izləmə limitini keçdikdən sonra reklam verilir. Videonun sahibi baxış sayına görə bu reklamlardan pul qazanır. Lakin Gəlir Vergisi Qanununda bu şəkildə əldə edilən gəlirlərlə bağlı dəqiq bir müddəa olmadığına görə, “YouTube” istifadəçiləri gəlirlərinin vergiyə tabe olub-olmadığını soruşmaq üçün Gəlir İdarəsinə müraciət etməyə başlayıblar.
Bu çərçivədə həmin şəxslərə, Gəlir Vergisi Qanununun 37-ci maddəsinə uyğun olaraq hər növ ticarət və sənaye fəaliyyətindən yaranan qazancın ticarət gəliri olduğu ifadə edilib və əldə edilən gəlirin vergiyə tabe olduğu bildirilib.
Yutuberlərə pis xəbər: Qazanclarından vergi ödəyəcəklər!
09
fevral
20:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat