Türkiyənin Şanlıurfa vilayətinin Göbeklitepe qəsəbəsi yaxınlığında 4 gün əvvəl torpağa yləşdirilmiş halda tapılan təxminən 3 metr hündürlüyündəki metal blok yerli sakinləri və hakimiyyət orqanlarını arasında həyacana səbəb olub. Blokun kim tərəfindən ora yerləşdirildiyini araşdırmaq üçün xüsusi qrup yaradılıb, jandarma blokun ətrafında keşik çəkib, ancaq blok qəfil peyda olduğu kimi qəfil də yoxa çıxıb. Bu gün kəndlilər blokun yerində olmadığını görüblər. Müəmmalı hadisə bir çox ABŞ və Avropa KİV-lərində də geniş işıqlandırılıb.
Göbeklitepe yaxınlığındakı buğda tarlasının yanına yerləşdirilmiş metal bloku 4 gün əvvəl kəndlilər aşkar ediblər. Və bu barədə jandarmaya xəbər veriblər. Blokun hündürlüyü 3 metr, eni 45 santimetr olub, üzərində qədim Göytürklərin əlifbası ilə “Göy üzünə bax, Ayı gör” sözləri yazılıb. Blokun kim və ya kimlər tərəfindən ora yerləşdirildiyini araşdırmaq üçün yerli hakimiyyət orqanları və jandarma araşdırma başladıb. Ətraf yollardakı təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb, kənd sakinlərindən bu yerlərdə naməlum şəxsləri görüb-görmədiklərini soruşublar. Lakin hər hansı ip ucuna rast gəlinməyib. Ətraf kəndlərdən, Şanlıurfadan, hətta qonşu Edirneden müəmmalı metal bloka tamaşa etməyə yüzlərlə sakin toplaşıb. Jandarma əməkdaşları mülki geyimdə ərazidə növbə tutublar.
Bu gün fevralın 9-da səhər açılanda kəndlilər bloku yerində görməyiblər, blokun hara aparıldığı müəmmalı olaraq qalıb. Onu kimin hansı məqsədlə ora yerləşdirdiyi də məlum olmayıb.
Buna bənzər müəmmalı metal blok daha əvvəl, 2020-ci ilin ortalarında ABŞ-ın Yut ştatında, səhranın ortasında aşkar edilmişdi. Həmin ərazinin üzərindən uçan vertolyot pilotu parlaq metal bloku görərək hakimiyyət orqanlarını xəbərdar edib. Ştat sakinləri müəmmalı metal blok barədə xəbərlərdən təşviş keçirib, hakimiyyət orqanları blokun kimlər tərəfindən ora yerləşdirildiyini araşdırmağa çalışsalar da nəticə əldə edə bilməyiblər.
Daha sonra analoji metal blok Rumıniyada görünüb. Ötən il noyabrın sonlarında Rumıniyanın şimalındakı Piatra Neamt qəsəbəsinin ətrafındakı Batca Doamnei təpəsində parlaq metal blokun meydana çıxmasını görən yerli sakinlər hakimiyyət orqanlarını xəbərdar ediblər. Blok təxminən 2 min il əvvəl yaşamış qədim Daçyalılar xalqı tərəfindən tikilmiş və arxeoloji simvol olan qalanın bir neçə metrliyində qoyulmuşdu. Həmin blokun da kimlər tərəfindən hansı məqsədlə ora yerləşdirildiyini aydınlaşdırmaq mümkün olmamışdı. /Virtualaz.org
Sirli metal blok Türkiyədə peyda oldu, 4 gün sonra yoxa çıxdı - Video
10
fevral
09:39

Qarabağ
KOMMENTLƏR
Rövnəq Abdullayevin daha bir “xidməti”: Dayıoğlu və bibioğlu arasında neft sazişi
Musiqiçini öldürüb meyitini zibilliyə atdılar
"Paşinyan erkən seçkilərdə müxalifəti zərərsizləşdirmək istəyir" - Ermənistan KİV
Bakının mərkəzində böyük ilan peyda oldu - FOTO/VİDEO
Lökbatan qəsəbəsində növbəti abad məhəllə - Fotolar
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat