Dünyada daha bir prezident koronavirusa qarşı vaksinasiya prosesindən keçib.
Xarici KİV xəbər verir ki, bu dəfə Perunun dövlət başçısı Fransisko Saqasti vaksin olunub. F.Saqasti Çinin dərman şirkəti olan "Sinopharm"ın istehsal etdiyi COVID-19-a qarşı vaksinlərdən istifadə edib.
"Bu gün ən yaxşı qalxan və qoruyucu olan vaksinlərin güvənli və həyat qurtaran olduğunu dəstəkləmək üçün vaksin olundum. Hər zaman xalqla çiyin-çiyinəyəm", - deyə Peru prezidenti söyləyib.скачать dle 12.1