Dünyada COVID-19-a yeni yoluxma hallarının sayı azalmaqda davam edir, bu halda koronavirusun yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
"Yoluxma sayları ötən həftə 3,1 milyon idi. Daha əvvəlki həftə ilə müqayisədə 17% az. Bu, 26 oktyabrda (15 həftə əvvəl) başlayan dövrdən ən aşağı həftəlik göstəricidir. Koronavirusdan ölümlərin sayı da həmçinin ikinci həftədir ardıcıl azalır: - ötən həftə 88 000 ölüm qeydə alınmışdı. Bu, əvvəlki həftə ilə müqayisədə 10% azdır", - xəbərdə deyilir.
Təşkilatın məlumatına görə, koronavirusun narahatlığa səbəb olan növlərinin yayılması davam edir. "Britaniya" ştammı artıq 86 ölkədə aşkarlanıb. Eyni zamanda "Cənubi Afrika" ştammı 44 ölkədə qeydə alınıb. Bununla yanaşı, 15 ölkə də öz ərazisində "Braziliya/Yaponiya" ştammının aşkarlandığını açıqlayıb. (Report)
ÜST-dən koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
10
fevral
10:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat