Norveçdə koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.
Axşam.az xəbər verir ki, “B.1.525” adı verilən ştamma ötən sutka ərzində 10-a yaxın yoluxma qeydə alınıb.
Norveç Səhiyyə İnstitutunun şöbə müdiri Layn Vold bildirib ki, hazırda müşahidə altında saxlanılan virusun yoluxucu olub-olmaması barədə yetəri qədər məlumat yoxdur. Onun sözlərinə görə, ştammın Böyük Britaniya və Cənubi Afrikada aşkarlanan mutasiyalar ilə oxşarlığı var, lakin yeni növün ölkəyə xaricdən gətirilib-gətirilməməsi barədə danışmaq hələlik tezdir.скачать dle 12.1