Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Moskvanın Nikulinski məhkəməsi Ermənistandan olan 7 miqranta 2 il həbs cəzası verib.
Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt və Nareq Petrosyan, habelə Razmiq Sahakyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (bir qrup şəxs tərəfindən silah kimi istifadə olunan vasitələrdən istifadə edərək xuliqanlıq) təqsirli bilinərək, cəzalarını ümumi rejimli müəssisədə çəkməklə, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, ötən ilin iyul ayında Moskvada Bratislava küçəsində yerləşən Azərbaycan restoranına hücum olub. Restoranın salonundakı müşahidə kamerası tərəfindən qeydə alınan görüntülərdə bir neçə şəxsin girib mebel və qab-qacaq sındırdığı, eyni zamanda salonda bir nəfərə hücum etdiyi əksini tapıb.
Hadisədən sonra hücumun bütün iştirakçıları saxlanılıb və keçən il iyulun 27-də məhkəmə onların barədə həbs qətimkan tədbiri seçib.
Restorana hücum ötən ilin iyulunda Tovuzda erməni təxribatından sonra Rusiyada azərbaycanlılarla ermənilər arasında yaranmış gərginlik fonunda baş vermişdi.
Moskvada Azərbaycan restoranına hücum edən 7 erməniyə hökm oxundu
25
fevral
12:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat